NEWS
3562 Archive

2017.07.04

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Şəmkir rayonunda ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Səliqə Qazi və Gülnar Qəhrəmanova Şəmkir rayonunun şəkər çuğunduru əkilən bəzi kəndlərində 3 gün müddətinə ekspedisiyada olublar. Bu müddət ərzində Şəmkir rayonunun Bayramlı, Sarıtəpə və Sabirabad kəndlərinin şəkər çuğunduru əkilən sahələrinə baxış keçirilib. Sahələrdə olarkən bir çox zərərvericilərin olduğu aşkar olunub və materiallar toplanıb. Toplanan materiallar tərcübə üçün laboratoriyaya gətirilib.