NEWS
3519 Archive

2017.06.14

Gülbəniz Qasımovanın dissertasiya işinin laboratoriyada ilkin müzakirəsi keçirildi

14 iyun 2017-ci il tarixində Quru onurğalıları laboratoriyasının elmi işçisi Qasımova Gülbəniz Hafiz qızının “Böyük Qafqazın Azərbaycan hissəsində amfibilərin biomüxtəlifliyi və bioekoloji xüsusiyyətləri” mövzusundakı dissertasiya işinin laboratoriyada ilkin müzakirəsi keçirildi. Laboratoriya və Zooloji muzeyin əməkdaşlarının iştirakı ilə keçiril’n müzakirədə əvvəlcə iddiaçının məruzəsi dinlənildi, daha sonra mövzu ətrafında suallar verildi. Dissertasiya işi ilə tanış olan b.ü.e.d. S.M.Quliyev və b.ü.f.d. İ.R.Babayevin rəyləri dinlənildi. İddiaçı rəydə qeyd olunan iradları cavablandırdı. Çıxış və müzakirələrdən sonra laboratoriyanın yekun rəyi oxundu və dissertasiya işinin institutun elmi seminarına təqdim olunması qərara alındı.