NEWS
3447 Archive

2017.06.06

AMEA Zoologiya İnstitutunun əməkdaşları seminarında iştirak edib

AMEA  Zoologiya İnstitutunun elmi katibi Sara Əliyeva və Təhsil şöbəsinin müdiri Lalə Şirinova 5-6- iyun tarixlərində Avropa Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən “TƏHSİL- ELM-START UP ÜÇQAT SPİRAL MODELİ TAİEX” seminarında iştirak edib.

Seminarda Azərbaycanda modelin effektiv işləməsi üçün zəruri addımlar üzrə təlimatlar və tövsiyələr verilib. Seminarda ilk olaraq, AMEA Rəyasət Heyətinin müxbir üzvü Əminağa Sadıqov çıxış edərək “Azərbaycanda Təhsil-Elm-Start up modelin mövcud vəziyyəti” haqqında seminar iştirakçılarına məlumat verib.

Daha sonra Texnologiya İnstitutu, Babes-Bolyai Universitetinin doktoru Cristina Dobrota, Cənab Domen Bole (Lyublyana  Texnologiya parkı (LTP)), La Laguna Universitetinin   baş   direktoru (İspaniya) Cənab Víctor QVINTERO LEON, Milli və Dünya İqtisadiyyat Universitetinin Prof. Diana KOPEVA çıxış etdilər.