NEWS
3244 Archive

2017.06.01

Genetik Ehtiyatlar İnstitutunda proqramlaşdırma dili ilə bağlı təlimlər keçirilir

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “Genom data analizi üçün Python” adlı proqramlaşdırma dilinin tədrisi ilə bağlı təlimlər başlayıb.

Məqsəd bu dilin köməyi ilə yeni nəsil Sekvensləmə texnologiyaları vasitəsilə alınmış bioloji datanın emalı və interpretasiyasını həyata keçirməkdir.

Təlim institutun Biotexnologiya şöbəsinin elmi işçisi Orxan Bağırlı tərəfindən aparılır.

Qeyd edək ki, “Python” böyük araşdırma mərkəzlərində geniş istifadə olunur və elmi hesablamalar üçün bir çox kitabxanalara malikdir. Həmçinin biologiya sahəsində ən çox istifadə olunan proqramlaşdırma dillərindən biridir. Hazırda “Google”, “Intel”, “CISCO”, “Hewlett-Packard”, “Qualcomm”, “IBM” və “NASA” kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar.

http://science.gov.az/news/open/5805