NEWS
3511 Archive

2017.05.30

AMEA Zoologiya İnstitutu ilə REA İ.D.Papanin adına Daxili Suların Biologiyası İnstitutu arasında müqavilə imzalanmışdır

AMEA Zoologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının İ.D.Papanin adına Daxili Suların Biologiyası İnstitutu arasında birgə tədqiqatların aparılması məqsədilə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən AMEA Zoologiya İnstitutunun "Hidrobiologiya" laboratoriyasının əməkdaşı, a.e.i., b.ü.f.d. N.C.Mustafayev Rusiya Elmlər Akademiyasının İ.D.Papanin adına Daxili Suların Biologiyası İnstitutunun "Balıqların ekologiyası" laboratoriyasının əməkdaşları, a.e.i., b.ü.f.d. B.A.Levin, b.e.i, O.N.Artayev, e.i. E.P.Simionov və "Su onurğasızlarının biologiyası" laboratoriyasının əməkdaşı b.e.i., b.ü.f.d. A.A.Prokinlə birlikdə 26 may-25 iyun tarixlərində Azərbaycanın su hövzələrində ekspedisiyada olacaqlar. Ekspedisiya müddətində onlar Azərbaycan faunasında rast gəlinən balıqlara və suda yaşayan onurğasız heyvanlara dair materiallar toplayacaqlar.