NEWS
6912 Archive

2017.05.17

Tüklü ilanlar olurmu?

Yəqin ki, çoxlarınız ilanlardan söhbət düşərkən həmsöhbətinizin nəhəng bir ilan gördüyünü və üstündə də tüklərinin oldğunu deyərək and-aman etməsinin şahidi olmusunuz. Əslində, ilanın bədənində tük ola bilməz, çünki tük dəri törəməsidir. İlnlarda isə dəri törəməsi buynuzlaşmış pulcuqlardır. Bu pulcuqlar ilanın bədənini üst tərəfdən bütünlüklə örtərək onu xarici zədələrdən qoruyur, həm də həyatı üçün zəruri olan su və rütubətin orqanizmdən buxarlanmasına mane olur. Buna görə də ilanlar susuzluğa, quraqlığa çox dözümlü olurlar.

Onu da qeyd etmək lazımdır ki, həmsöhbətiniz, həqiqətən də ilanın üzərində tüklər görə bilər. Lakin, bu tüklər ilanın özünün yox, kol-kosluqdan, müxtəlif sığıncaqlardan sürünüb keçərkən pulcuqlarına ilişib qalmış və ya bədəninə yapışmış təsadüfi, başqa heyvanlara məxsus tüklər ola bilər.

Biologiya üzrə fəlsəfə doktoru,

Təvəkkül İsgəndərov