NEWS
3691 Archive

2017.05.12

AMEA Zoologiya İnstitutunda YAP Yasamal rayon təşkilatının iclası keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunda Yeni  Azərbaycan  Partiyası  Yasamal  rayonu  “504-cü məhəllə ərazi”si ilk partiya təşkilatının iclasi keçirildi.  Gündəliyə yeni üzvlərin partiya sıralarına qəbul məsələsi və ilk partiya təşkilatına (AMEA Zoologiya İnstitutu İ.P.T.) yeni sədrin seçilməsi məsələləri çıxarıldı.

İclası giriş sözü ilə Yeni Azərbaycan Partiyası Yasamal rayonu “504-cü məhəllə ərazi”si ilk partiya təşkilatının (AMEA Zoologiya İnstitutu İ.P.T.) sədri İlyas Babayev açdı. O, qeyd etdi ki, İnstitutumuzun 19 əməkdaşı YAP sıralarına qəbul olunmaq üçün ilk partiya təşkilatına ərizə ilə müraciət etmişlər. Gənclərin bu müraciəti Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi kimi qeyd olunmalıdır. Mən inanıram ki, bundan sonra YAP üzvlüyünə daxil olanların sayı artacaqdır. İlyas Babayev həmçinin müraciət edən əməkdaşların insani keyfiyyətləri, işgüzarlığı və dövlətimizin siyasətini daim dəstəklədiklərini xüsusi vurğuladı.

Yeni  Azərbaycan  Partiyası  Yasamal  rayonu  “504-cü məhəllə ərazi”si ilk partiya təşkilatına (AMEA Zoologiya İnstitutu İ.P.T.) sədr seçilməsi üçün  AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifovun namizədliyi irəli sürüldü. Məsələ səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Yeni  Azərbaycan  Partiyası  Yasamal  rayonu təşkilatının sədri Tağı Əhmədov ilk partiya təşkilatına qəbul olunan yeni üzvləri təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.