NEWS
3474 Archive

2017.05.08

AMEA Zoologiya İnstitutunun əməkdaşları Beynəlxalq elmi konfransda iştirak etdilər

AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. İlyas Babayev, böyük elmi işçisi, b.ü.f.d. Hafiz Muxtarov və elmi işçisi Sevinc Rəcəbova 4-5 may 2017-ci il tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü İldönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” XII Beynəlxalq elmi-texniki konfransda “Bioloji müxtəlifliyin ekosistem səviyyəsində qorunmasında Qırmızı Kitabların əhəmiyyəti, Azərbaycanın “Qırmızı Kitab”ı”, “Xəzər dənizinin Cənub-Şərqi Şirvan düzünə həmsərhəd sahil sularında qışda qaraördək (Aythya Boie., 1822) və pazdimdik (Mergus Linn., 1758) cinslərinə daxil olan növlərin müasir vəziyyəti” və “Xəzər dənizinin Azərbaycan hissəsinin suda üzən quşları, onlara təsir edən ekoloji amillərin monitorinqi və qorunması üçün görülən tədbirlər” adlı məqalələri ilə iştirak ediblər.