NEWS
3609 Archive

2017.05.04

Azərbaycan Universitetinin tələbələri Zooloji muzeydə olmuşlar

Azərbaycan Universitetinin tələbələri Zooloji muzeydə olmuşlar. Ekskursiya zamanı Zooloji muzeyin böyük laborantı Qəhrəmanlı Xatirə onları eksponatlarla tanış edərək, ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqamətində görülən işlər haqqında məlumat verdi. Muzeyin taksodermisti Vacib İmanov eksponatların əldə edilməsi, hazırlanması və saxlanması prosesini izah etdi. Daha sonra Quru onurğalıları laboratoriyasının elmi işçisi Gülbəniz Qasımova tələbələrə xaltalı eyrenes və Karelin triton üzərində sürünənlərin və suda-quruda yaşayanların biologiyasını izah etdi.