NEWS
4636
Archive
2017.05.02
Gənc alimimiz Alman Akademik Təqaüd proqramını qazanmışdır
AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının kiçik elmi işçisi Sevinc Adilxan qızı Saruxanova Alman Akademik Mübadilə Proqramının (DAAD) elmi tədqiqat təqaüdünü qazanmışdır.
Proqram müddətində Sevinc Saruxanova Almaniyanın Humboldt Universitenin professor heyəti ilə birlikdə “Cənubi Qafqazda ceyranın (Gazella subgutturosa) əlverişli yaşayış ərazilərinin və təbii yayılması üçün dəhlizlərin modelləşdirilməsi” mövzusunda tədqiqat işləri aparacaqdır.
Gənc alimimiz Sevinc Saruxanovaya elmi fəaliyyətinə uğurlar arzulayırıq!
© All rights reserved. Citing to www.zoologiya.az is necessary upon using news