NEWS
3552 Archive

2017.04.18

Məktəblilərin Zooloji Muzeyə ekskursiyası təşkil olundu

18.04.2017-ci il tarixində, Nizami rayon 220 saylı məktəb-liseyin 2 rəhbər 20 şagirdi,Yasamal rayon 173 saylı orta məktəbin 1 rəhbər 16 şagirdi və  Kimya-biologiya təmayüllü Respublika liseyinin 2 rəhbər 17 şagirddən ibarət kollektivi Zooloji Muzeydə ekskursiyada oldular.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması üçün və Azərbaycanın biomüxtəlifliyi ilə tanış olmaq məqsədi ilə məktəblilər zəngin ekspozisiya fonduna malik olan Zooloji muzeydə olmuşlar.  Məktəblilər muzeydə sərgilənən növlərdən Dağıstan turu, köpgər, qaban, cüyür, Sibir dağ keçisi, ceyran, xallı maral kimi cütdırnaqlılar dəstəsinə aid olan növlərin yayıldığı biotoplar, yüksək dağlıq ərazilərdə yayılan növlərdəki morfoloji və fizioloji uyğunlaşmalar, onların hazırki sayı, qorunması üçün görülən təbdirlər haqqında məlumatlandırıldılar. Həmçinin, hansı növ quşların Azərbaycan ərazisində yuvalamaq və qışlamaq üçün miqrasiya etdikləri, hansı quşların isə oturaq həyat tərzi keçirdiyi şagirlərə ətraflı şəkildə izah edildi.Sonda Səbinə Bunyatova şagirdləri Azərbaycanın “Qırmızı Kitabı” ilə tanış edərək, kitaba daxil olan növlər, onların mühafizə statusu haqqında və burada əks olunan məlumatların tərtib qaydaları haqqında izahatlar verdi.