NEWS
3320 Archive

2017.04.18

AMEA-nın Yer Elmləri, Biologiya və Tibb Elmləri Bölmələri üzrə 2016-ci ildə doktoranturaya qəbulun nəticələri müzakirə edilib

Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın Yer Elmləri, Biologiya və Tibb Elmləri Bölmələrinin doktorantları ilə görüşüb. Tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib.
Akademik Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub.
Görüşdə dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsi tövsiyə olunub.
Sonda dissertasiya mövzuları təsdiq edilib.