NEWS
3486 Archive

2017.04.14

ADPU-nun tələbələri və Binəqədi rayon 144 saylı tam orta məktənin şagirdləri Zooloji Muzeydə ekskursiyada olmuşlar

 

14.04.2017-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya ixtisası üzrə təhsil alan 28 nəfər 1-ci kurs tələbəsi, həmçinin Binəqədi rayon 144 saylı tam orta məktənin 63 nəfər şagirdi, 3 nəfər biologiya müəllimlərinin rəhbərliyi ilə Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə ekskursiyada oldular.Ekskursiya zamanı Zooloji muzeyin müdiri Səbinə Bunyatova muzeyin ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqamətində görülən işlər haqqında geniş məlumatlar verdi. Çıxış zamanı həmçinin Azərbaycan faunasının zənginliyi və növ müxtəlifliyi, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinifinə daxil olan növlərin dünya və Azərbaycanda sayı, müasir populyasiya vəziyyəti, yayılması, həyat tərzi, həmçinin nadir və nəsli kəsilməkdə olan növlərin qorunması istiqamətində görülən işlərdən danışdı. Muzeyin taksodermisti Vacib İmanov eksponatların əldə edilməsi, hazırlanması və saxlanması prosesini Asiya fili misalında ətraflı şəkildə izah etdi. Daha sonra ADPU tələbələrinə Protozoologiya şöbəsinin elmi işçisi Türkan Qurbanova hüceyrədaxili ibtidai parazitlərin öyrənilməsi metodikası, onların quruluşu və həyat dövriyyəsi, həmçinin insanda və digər canlılarda parazitlik edən birhüceyrilələr haqqında məlumat verdi. Sonda tələbələr ayrı-ayrılıqda əyani şəkildə mikroskop vasitəsilə daimi preparatlardakı parazit ibtidailərə baxdılar.