NEWS
2507 Archive

2016.07.31

Zoologiya İnstitutunda Dissertasiya Şurasınn növbəti iclası keçirilib

Bu gün Nərimanov rayonu 202 saylı orta məktəbin 8-ci sinif şagirdləri Zoologiya İnstitutunun Zooloji muzeyində olmuşlar. Muzeyin böyük laborantı Nisə Aslanova şagirdləri eksponatlarla (zürafə, fil, şir, oxlu kirpi, köpək balığı, ilanlar və bir sıra quşlar) tanış etmiş, onlar haqqında maraqlı məlumatlar danışmışdır.
Sonda məktəblilər qeydiyyat jurnalına öz təklif və istəklərini qeyd edərək muzeydə dinozavrın və anakonda kimi canlıların eksponatlarını görmək istədiklərini bildiriblər.İclasda Helmintologiya laboratoriyasının müdiri Qara  Hüseyn oğlu Fətəliyevin “Azərbaycanda  vəhşi  məməlilərin (dovşankimilər, gəmiricilər,  yırtıcılar, cütdırnaqlılar)  helmint  faunasının bioekoloji  xüsusiyyətləri  və  formalaşması  yolları” mövzusunda biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasının müdafiəsi keçirilib.

Tədqiqat zamanı Azərbaycanda vəhşi məməlilərdə 74 cinsə, 43 fəsiləyə, 9 dəstəyə və 4 sinfə daxil olan 144 növ helmintin parazitlik etməsi müəyyən edilmişdir. Bunlardan 13 növü trematod, 30 növü sestod, 3 növü akantosefal, 98 növü isə nematod olmuşdur. Tədqiqat nəticəsində dovşankimilər dəstəsindən 1 növ, onlardan 18 növ helmint, gəmiricilər dəstəsindən 16 növ, onlardan 48 növ helmint, yırtıcılar dəstəsindən 12 növ, onlardan da 63 növ helmint və cütdırnaqlılar dəstəsindən 3 növ tədqiq edilmiş və onlardan da 35 növ helmint aşkar edilmişdir.

Vəhşi məməli növlərinin dəstələr üzrə taksonomik kateqoriyaları göstərilməklə Azərbaycanda yayılmaları, qidası, həyat tərzi və digər bioekoloji xüsusiyyətləri və onlarda qeyd olunan helmint növlərinin sistematik ardıcıllıqla landşaft-ekoloji zonalar üzrə yayılma dərəcəsi müəyyən edilmişdir.
Azərbaycanda vəhşi məməlilərdə qeyd olunan helmint növlərindən 81 növ insan və ev heyvanları üçün potensial təhlükə törətdiyi bildirilir.