NEWS
2582 Archive

2016.07.31

Orta məktəbin şagirdləri Zooloji muzeydə ekskursiyada

Bu gün Nərimanov rayonu 202 saylı orta məktəbin 8-ci sinif şagirdləri Zoologiya İnstitutunun Zooloji muzeyində olmuşlar. Muzeyin böyük laborantı Nisə Aslanova şagirdləri eksponatlarla (zürafə, fil, şir, oxlu kirpi, köpək balığı, ilanlar və bir sıra quşlar) tanış etmiş, onlar haqqında maraqlı məlumatlar danışmışdır.
Sonda məktəblilər qeydiyyat jurnalına öz təklif və istəklərini qeyd edərək muzeydə dinozavrın və anakonda kimi canlıların eksponatlarını görmək istədiklərini bildiriblər.