NEWS
3438 Archive

2016.12.30

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın 2016-cı il üzrə son iclası keçirilib

Zoologiya İnstitutunda 30 Dekabr 2016-cı il tarixli, Elmi Şura keçirilmişdir. İlk öncə Şuranı giriş sözü ilə İnstitutun direktoru, Elman Yusifov açıq elan edərək,bütün Zoologiya  kollektivini qarşıdan gələn Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, alimlərə yeni tədqiqat uğurları arzuladı.

Daha sonra, 6 nominasiya üzrə mükafat təsis edilməsi  haqqında qəbul edilən qərara daxil olan əməkdaşların adlarını şura üzvlərinin diqqətinə çatdırdı.

Belə ki, ilin ən yaxşı laboratoriyası: “Herpetologiya” laboratoriyası, ilin ən yaxşı laboratoriya müdiri: Xalid Əliyev (“Araxnologiya” laboratoriyasının müdiri) ilin ən məhsuldar alimi: “Terologiya” laboratoriyasının baş elmi işçisi Sücəddin Quliyev, ilin ən yaxşı elmi rəhbəri, “Cücülərin ekologiyası və fiziologiyası” laboratoriyasının müdiri Barat Əhmədov, ilin ən yaxşı gənc mütəxəssisi, “Cücülərin ekologiyası və fiziologiyası” laboratoriyasının baş laborantı, Səbinə Həsənova, ilin ən fəal işçisi İnformasiya və İnnovasiya şöbəsinin müdiri,  Şahzadə Mədətova, “Gənc Alimlər” Şurasının sədri Səbinə Bünyatova, “Hidrobiologiya” laboratoriyasının elmi işçisi Könül Tağıyeva elan olundu.

 

Son  olaraq   ZOOLOGİYA  ailəsi kimi,  2017 ildə də, həmrəy olub, yeni uğur və nailiyyətlər qazanacağımıza ümid edirik. BAYRAMINIZ MÜBARƏK!