NEWS
3923 Archive

2016.12.26

Biologiya və Tibb Elmləri Bölməsi və Zoologiya İnstitutunun birgə yekun Hesabatı dinlənildi

Biologiya və Tibb Elmləri Bölməsi və Zoologiya İnstitutunun birgə yekun Hesabatı dinlənildi

AMEA Zoologiya instititunda Biologiya və Tibb Elmləri bölməsininvə Zoologiya İnstitutunun 16 dekabr 2016-cı il tarixli birgə iclası keçirilmişdir.

İclasda AMEA Mikrobiologiya İnstitutunun direktoru, akad., M.Salmanov, MEA-nın müxbir üzvü Zeynal Əkbərov(sədr), Biologiya və Tibb Elmləri bölməsinin katibi Afiq Məmmədov, AMEA Zoologiya İnstitutunun elmi şurasının 21 üzvü iştirak etmişdir.

İclası giriş sözü ilə İnstitutun direktoru f.ü.f.d., Elman Yusifov açıq elan edərək, Zoologiya İnstitutunun 2016-ci ildə elmi təşkilati fəaliyyəti haqqında geniş məlumat verdi.

Belə ki, Zoologiya İnstitutunda 2016-cı ildə 1 istiqamət, 3 problem, 11 mövzu üzrə 42 elmi tədqiqat işləri aparılmışdır. Birinci problem üzrə 4 mövzuya daxil olan 12 iş, ikinci problem üzrə 5 mövzuya daxil olan 22 iş, üçüncü problem üzrə 2 mövzuya daxil olan 8 iş yerinə yetirilmişdir. Bundan başqa, 2016-cı ildə əldə edilmiş ən yaxşı nəticələr, keçirilmiş tədbirlər haqqında danışan Elman Yusifov 2016–cı il  23-24 noyabr tarixində Zoologiya İnstitutunun yaranmasının 80 illik yubileyi ilə əlaqədar “Qafqaz ekosistemi: dünən, bugün, sabah (Qafqazın 80 illik zooloji tədqiqatları)” beynəlxalq elmi konfransın keçirildiyini və gələcək elmi tədqiqatlar haqqında məsəslələrə toxundu.

Bundan başqa bildirdi ki, hesabat ili ərzində institut əməkdaşları beynəlxalq və respublika səviyyəli konfranslara 77 məqalə, 3 monoqrafiya, 2 dərslik, 28  tezis təqdim etmiş, onlardan 39 məqalə və 5 tezis xaricdə çap olunmuşdur. Məqalələrin 27-i impakt faktorlu xarici jurnallarda nəşr edilmişdir. İstinadların sayı 34-dür.

Sonda müzakirələr aparılaraq, hesabat qəbul olundu.