NEWS
3786 Archive

2016.12.14

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Zoologiya İnstitutunda 13 Dekabr 2016-cı il tarixli, Elmi Şura keçirilmişdir. Şuranı giriş sözü ilə İnstitutun direktoru Elman Yusifov   açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verdi. Belə ki, gündəlikdə duran birinci məsələ akademik Musa Musayevin 95 illik yubileyi ilə bağlı konfransın mart ayının sonlarında keçirilməsi olmuşdur. Həmçinin institutun direktoru bununla əlaqədar komissiya yaradılacağını vurğuladı.

 Bundan başqa, akademik Akif Əlizadənin tapşırığına əsasən  AMEA-nın Məruzələrinə məqalələrin təqdim olunması, 2017-2020-ci il üçün yeni mövzular haqqında AMEA-nın Məruzələrində məqalələrin dərc olunması, akademik Əhliman Əmiraslanovun xüsusi tapşırığına əsasən, BTEB daxil olan institutlar aktiv olması haqqında məlumat verildi.

 Əlavə olaraq iclasda  fauna haqqında məlumatların sayta yerləşdirilməsi, latın adları ilə bağlı lüğətin hazırlanması, kompüterlərin  proqram təminatı, struktur dəyişikliyi, elmi müdafiələr, kadr məsələləri, İnformasiya və innovasiya şöbəsinin adının dəyişdirilməsi və sairə məsələlər şura üzvlərinin diqqətinə çatdırıldı.

 Sonda cari məsələlər ətrafında müzakirələr aparılıb,suallar cavablandırıldı