NEWS
3388 Archive

2016.12.09

"Elm TV”-nin hazırladığı sənədli film İctimai kanalda yayımlanacaq

9 dekabr 2016-cı il tarixində saat 19:20-də İctimai kanalda AMEA-nın Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş sənədli film yayımlanacaq.

Film Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Mükafatına layiq görülmüş, tanınmış jurnalist Xatirə Cabbarzadənin rəhbərliyi ilə “Elm TV” internet-televiziyasının çəkiliş qrupu tərəfindən hazırlanıb. Sənədli filmdə Azərbaycan zoologiya elmində qazanılmış nailiyyətlər, bu müəssisədə yaradılan elmi məktəblər və son dövrlərdə aparılan ekspedisiyalar, eləcə də AMEA-da həyata keçirilən innovativ islahatlar və beynəlxalq əməkdaşlıq əlaqələrindən söbət açılır.

http://science.az/news/open/4685