NEWS
3410 Archive

2016.12.08

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Zoologiya İnstitutunda 6 Dekabr 2016-cı il tarixli, Elmi Şura keçirilmişdir. Elmi şuranı İnstitutun direktoru Elman Yusifov açıq elan edib, Dissertasiya şurasının tərkibinin müəyyən edilməsi haqqında şura üzvlərinə ətraflı məlumat verdi. Daha sonra əməkdaşlara şura tərkibini təqdim etdi. Belə ki, Dissertasiya Şurasının, sədri: b.ü.e.d. Elşad Əhmədov, sədrin müavini b.ü.e.d. Xalid Əliyev, Elmi katib: b.ü.f.d. Sara Əliyeva təyin edilmişdir.

Bundan başqa Elman Yusifov İELTS imtahanlarından yüksək nəticə toplayan, iki gənc əməkdaşımız: Elyanə Tahirova və Gülnar Qəhrəmanovanı bu münasibəti ilə təbrik edib, gələcəkdə institutda IELTS-dən daha yüksək bal toplayan gənclərimizin sayının artması ilə elmi tədqiqatların beynəlxalq nüfuz qazanmasının bilavasitə əhəmiyyətini qeyd etdi.

Sonda şura üzvlərinə qaranlıq qalan suallar cavablandırılıb, fikir mübadiləsi aparıldı.