NEWS
3665 Archive

2016.12.09

IELTS-dən yüksək bal toplayan gənc əməkdaşlarımızı təbrik edirik

Müasir zamanda ingilis dilini öyrənmək bir sıra səbəblərə görə zəruri əhəmiyyət kəsb edir. Xüsusilə elm adamları üçün bu dili bilmək çox vacibdir. Çünki ingilis dili beynəlxalq ortaq dil statusunu qazanmış ilk dildir və müasir dünyada ən çox danışılan dillərdən biridir. Həmçinin daha çox dil bilmək dünyagörüşünün formalaşmasına müsbət təsir edir, hadisələrə daha geniş prizmadan baxmağa kömək edir. Bundan əlavə, ingilis dilini bilmək vaxta və xərclərə qənaət etmək deməkdir. Tərcüməçiyə müraciət etmədən informasiyanı alıb, analiz edib, ötürə bilərik, bir sözlə, öz işimizi özümüz görə bilərik. Bu gün nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın böyük qismi ingilis dilindədir. Yəni istər elmi biliklərin öyrənilməsində, istər diplomatik münasibətlərin qurulmasında, istər xarici ölkələrə səfərlərdə ingilis dili əvəzedilməz funksiya daşıyır.

IELTS - Beynəlxalq İngilis dili İmtahanı sistemidir. IELTS-də 4 qabiliyyət sınağa çəkilir: Oxu, yazı, danışıq və dinləmə. Ancaq IELTS-də danışıq testi üzbəüz müsahibə formatında keçirilir.

Doktorant və dissertantların IELTS imtahanı ilə bağlı qərar əməkdaşlarımıza bu dili daha dərindən öyrənməklərinə təkan verdi. Əlbəttə imtahana hazırlaşmaq böyük əzm və məsuliyyət tələb edir.

Zoologiya İnstitutunun əməkdaşları, “Prototistologiya” və “Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” labaratoriyasının elmi işçiləriGülnar Qəhrəmanova, Elyanə Tahirova doktorant və dissertantların IELTS ilə əlaqədar keçirilən imtahanda yüksək nəticə göstərmişlər. Bu münasibətlə gənc alimlərimizi Zoologiya kollektivi adından təbrik edirik.

Hazırda institutumuzda çox sayda gənc alimlərimiz var. Onlar da qarşıdakı aylarda imtahan verməlidirlər. Əməkdaşlarımıza böyük həvəslə öz üzərində çalışmağı tövsiyyə edir. yüksək nəticə göstərəcəklərinə inanırıq. Gələcəkdə institutda IELTS-dən daha yüksək bal toplayan gənclərimizin sayının artması ilə elmi tədqiqatların beynəlxalq nüfuz qazanmasının bilavasitə əhəmiyyəti danılmazdır.