NEWS
3260 Archive

2016.10.19

AMEA Zoologiya İnstitutunun alimlərinin Beynəlxalq konfransda iştiraki

Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini b.ü.e.d, prof. Z.M.Məmmədov və “Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyasının k.e.i. N.M.Abasova 28 – 30 sentyabr 2016-cı il tarixində Gürcüstan respublikasının Tiflis şəhərində keçirilən Beynəlxalq elmi praktik  konfransda iştirak etmişlər. Konfrans “Kənd təsərrüfatında Müasir texnologiyadan istifadə etməklə keyfiyyətli, ekoloji və təmiz məhsul almaq” mövzusuna həsr edilmişdir. Konfransda Təşkilat Komitəsinin üzvü Z.M.Məmmədov “Kənd təsərrüfatı zərərvericilərinə qarşı bioloji mübarizə üsulundan istifadə etmək, ekoloji təmiz məhsulun alınmasının əsasını təşkil edir”, N.M.Abasova “Azərbaycanda subtropik bitkilərdən təmiz məhsulun alınması” məruzəsi ilə çıxış etmişlər.

Yüksək səviyyədə təşkil olunmuş Beynəlxalq konfrans Kaxetiyada, Alazan vadisində üzümçülük ərazisində keçirilmişdir. Burada ekoloji cəhətdən təmiz məhsulları sərgiləndi. Qonaqlara hər bir məhsul barəsində geniş və maraqlı məlumatlar verilirdi. Müxtəlif ölkələrdən konfransa təşrif buyurmuş alimlər Kaxetiyanın milli adət-ənənəsi ilə qurulmuş zəngin tamaşalarla, Tiflis etnoqrafiq muzeylə, Gürcüstanın  qədim evləri və yaşayış tərzləri tanış oldular.

Konfransda gündəmin  əsas tələblərindən olan ekoloji təmiz məhsulların əldə edilməsi ilə bağlı müzakirələr aparılıb, müasir metodlarla ekoloji təmiz məhsulun əldə edilməsi ilə bağlı digər məruzələr də dinlənildi. Yeni təkliflər irəli sürüldü. Azərbaycan tərəfindən məruzə ilə çıxış etmiş Z.M.Məmmədov və N.M.Abasova Gürcüstan Kənd Təsərrüfatı Akademiyasının sertifikatı ilə təltif olunmuşlar. Bununla yanaşı Gürcüstan Kənd Təsərrüfatı Akademiyası və AMEA Zoologiya İnstitutu ilə birgə qarşılıqlı elmi əlaqələr zəminində saziş imzalanmışdır.