2024.06.04
Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib
4 iyun 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. Baytarlıq elmi tedqiqat institutunun dissertantı Firuzə Rza qızı Gülalıyevanın “Azərbaycanda bal arılarının salmonellyozu və ona qarşı yeni müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri Biologiya elmlər doktoru A.H.Yusifovdur.
Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Firuzə Rza qızı Gülalıyevanın “Azərbaycanda bal arılarının salmonellyozu və ona qarşı yeni müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması” mövzusunun 3109.10 “Mikrobiologiya, virusologiya, immunologiya, mikologiya” ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.