NEWS
261 Archive

2024.05.31

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

31 may 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. Baytarlıq elmi tedqiqat institutunun dissertantı Rəna Nəsurullah qızı Əkbərovanın “Cənub zonasında xırda buynuzlu heyvanların əsas helmintozları və onların törədicilərinin növ terkibinin öyrənilməsi” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib.

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Rəna Nəsurullah qızı Əkbərovanın “Cənub zonasında xırda buynuzlu heyvanların əsas helmintozları və onların törədicilərinin növ terkibinin öyrənilməsi” mövzusunun 2429.01 “Parazitologiya” ixtisasında aqrar elmlər  üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.