NEWS
271 Archive

2024.05.31

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

31 may 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. Baytarlıq elmi tedqiqat institutunun dissertantı Ülviyyə Mehralı qızı Mehraliyevanın “Fransaiellozun törədicisinin (fr.kolkhika ) iribuynuzlu heyvan və gənə orqanizmində inkişafının öyrənilməsi və onun müalicəsinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib.

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Ülviyyə Mehralı qızı Mehraliyevanın “Fransaiellozun törədicisinin (fr.kolkhika ) iribuynuzlu heyvan və gənə orqanizmində inkişafının öyrənilməsi və onun müalicəsinin təkmilləşdirilməsi” mövzusunun 2429.01 “Parazitologiya” ixtisasında aqrar elmlər  üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.