NEWS
3496 Archive

2016.09.27

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Zoologiya İnstitutunda 27 sentyabr  2016-cı il tarixli, Elmi şura keçirilib. Elmi şuranı İnstitutun direktoru fiz.ü.f.d. Elman Yusifov açıq elan edib, dissertantura və doktorantura haqqında şura üzvlərinə ətraflı məlumat verdi. Bundan başqa iclasda gündəlik məsələlərə toxunuldu. Belə ki, İnstitutun elmi işlər üzrə direktor  müavini, b.ü.e.d. Elşad Əhmədov daxili nizam-intizam yaradılmasını, institut rəhbərliyinin qəbul saatlarının, əməkdaşların iş vaxtı geyim formaları haqqında məlumat verdi. Daha sonra elmi tədqiqat işlərinin səmərəliliyinin artırılması haqqında: şöbə və laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işlərinin icraçısı olan bütün əməkdaşların laboratoriya gündəlikləri tərtib etməli olduğunu vurğuladı. “Elm gəmisi” barəsində ümumi işlər üzrə direktor müavini Ərşad Cəlilov, zəlilərin süni çoxaldılması haqqında isə İlham Cabbarlı danışdı. Zoologiya.az saytı, institutun vahid elektron poçt ünvanına keçməsi, yaxın vaxtda Outlook proqramını öyrənmək üçün institumuzda kurs təşkil olunması, laboratoriyaların şöbəyə mütəmadi elmi populyar məqalələr təqdim etməsi haqqında İnformasiya və innovasiya şöbəsinin müdiri Şahzadə Mədətova məlumat verdi.

Son olaraq, şura üzvləri qeyd edilən məsələlər ətrafında çıxış edərək, rəy və təkliflərini səsləndirdilər.