NEWS
1139 Archive

2021.06.23

Zoologiya İnstitutunda dissertasiya işinin müzakirəsi keçirilib

23 iyun 2021-ci il tarixində AMEA-nın Zoologiya İnstitutunda Naxçıvan Dövlət Universiteti Baytarlıq təbabəti kafedrasının dissertantı Mehri İsa qızı Seyidbəylinin  biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Naxçıvan MR ərazisində ev su quşlarında geniş yayılan helmintlərin ekomorfoloji xüsusiyyətləri və onlara bitki mənşəli preparatların antihelmint təsiri” adlı dissertasiya işinin müzakirəsi keçirilib.
Dissetasiya işinin elmi rəhbəri AMEA-nın müxbir üzvü, prof. Saleh Heydər oğlu Məhərrəmov, rəyçilər – AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi, b.e.d. Asif Abbas oğlu Manafov və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi katibi, b.ü.f.d., dosent Sevinc Məmmədovadır.
Dissertasiya işi haqqında ətraflı məlumat verən Mehri İsa qızı Seyidbəyli Naxçıvan Muxtar Respublikası ərazisində ev su quşlarının (ev qazı və ev ördəyi) helmintləri, onların əsas ekoloji xüsusiyyətləri və onlara qarşı antihelmint xüsusiyyətə malik yerli bitkilərin tətbiqi, daha güclü təsirə malik və səmərəli dərman bitkilərinin seçilməsi və s. haqqında məruzə ilə çıxış edib. İlk dəfə olaraq ev su quşlarında 14 növ helmintin parzitlik etdiyi və helmintlərdən 4 növü dar və ya məhdud, 10 növü isə geniş spesifiklik xüsusiyyətinə malik parazitlər olduğunu vurğulayıb. Tədqiqatçı tərəfindən lk dəfə olaraq Trıchostrongylus tenuis nematodunun elektron mikroskopik üsullarla normada dəri-əzələ kisəsi (kutikula, hipoderma və əzələli qat), həzm, cinsiyyət (erkək və dişi fərdlər) orqanlarının ultrastruktur xüsusiyyətləri təsvir olunub.
Tədqiqat işinin nəticələri əsasında bir çox yerli və xarici jurnallarda ümumilikdə 16 elmi əsər çap edilmişdir. Bunlardan 8-i elmi iş xaricdə dərc olunub.
İclasın sonunda seminar üzvlərinin açıq səsverməsi nəticəsində Mehri İsa qızı Seyidbəyli 2429.01 – “Parazitologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin dissertasiya şurasına müdafiə üçün təqdim olunması qəbul edilib.