NEWS
3424 Archive

2016.09.22

Zoologiya İnstitutunun gənc əməkdaşının Türkiyədə baş tutacaq dünyamiqyaslı konqresdə iştirakı gözlənilir

01-05 Noyabr 2016 tarixləri arasında 5-ci Beynəlxalq Muğla Arıçılıq və Şam Balı Konqresi  keçiriləcəkdir.

Konqres müddətində bu sektorun beynəlxalq miqyasda bütün hissədarlarının görüşməsi və arıçıların bu sahədə bilik əldə etməklə yanaşı, öz praktiki müşahidələrini də inkişaf etdirməkləri hədəflənib.

 Bu il Türkiyə və Dünya arıçılığının texniki və iqtisadi problemlərinin, sahə üzrə ekspert, həmçinin beynəlxalq mütəxəssislərinin iştirakı ilə müzakirə və fikir mübadiləsinə açıq olan bu tədbirdə AMEA Zoologiya İnstitutunu, bu institutun “Cücülərin ekologiyası və fiziologiyası” laboratoriyasının əməkdaşı, kiçik elmi işçi Rəfiqə Əliyeva təmsil edəcəkdir.

 Qeyd edək ki, 5-ci "Beynəlxalq Muğla arıçılıq və şam balı konqresi" 82%lik nəticəylə 2006-cı ildə dünyanın ən gözəl qumsalı seçilən Ölü dənizdə yerləşən "Gün.az - Hotels Lykia" da təşkil olunacaqdır. Məkan Babadağın ətəklərində şam ağaclarıyla əhatə olunan bağçaları və bənzərsiz peyzajıyla 370.000m2  böyüklüyündə bir sahə üzərində qurulmuşdur. Qum və çınqıldan ibarət Aralıq və Egey dənizinin birləşdiyi 650 metrə uzunluğunda özəl bir çimərliyə sahibdir.

 Gənc əməkdaşımıza institutumuzun bütün  kollektivi adından uğurlar diləyirik.