NEWS
3884 Archive

2016.09.21

AMEA Zoologiya İnstitutunun əməkdaşları “Quşların müşahidəsi düşərgəsində” iştirak etmişlər

AMEA Zoologiya İnstitutunun əməkdaşları doktorant Günay Qasımova və b.ü.f.d. Səbinə Bünyatova Azərbaycan Ornitologiya Cəmiyətinin üzvləri kimi “Quşların müşahidəsi düşərgəsində” iştirak etmişlər. 15-20 sentyabr tarixlərində baş tutan kampın məqsədi azərbaycan təbiətsevərlərinin isveç, alman, ingilis və qazaxıstan ornitoloqları ilə birlikdə quşların miqrasiya yolunun üstündə yerləşən Beşbarmaq ətrafında müşahidələr aparmaqla, miqrasiya edən quşların növ tərkibini və sayını müəyyənləşdirmək, kritik vəziyyətdə olan növlər haqqında daha ətraflı məlumat əldə etmək idi. Düşərgə müddətində su – bataqlıq quşları, yırtıcı quşlar və sərçəkimilər daxil olmaqla, 200-ə yaxın quş növü müşahidə olunmuşdur. Həmçinin, Alman ornitoloqlar tərəfindən iştirakçılara quşların həlqələnməsi prosesi əyani şəkildə göstərilmişdir. Bunun üçün iştirakçılarla birlikdə quşları tutmaq üçün tor qurulmuş, tora düşən quş növləri iştirakçılara bir-bir göstərilmiş, daha sonra həlqələnmə üçün istifadə olunan alətlər və metodlar haqqında ətraflı məlumat verilmişdir.