NEWS
29 Archive

2020.10.13

İnstitutda sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur

Ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tibbi-profilaktiki tədbirlərin və xüsusi karantin rejiminin tələblərinə riayət olunması məqsədi ilə AMEA  Zoologiya İnstitutu növbəti dəfə dezinfeksiya olunub. Belə ki, institutun inzibati korpusu, iş və laboratoriya otaqları, kitabxana və dəhlizləri dezinfeksiyaedici məhlullarla yuyularaq təmizlənib.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.