NEWS
203 Archive

2020.10.08

AMEA Zoologiya İnstitutu Silahlı Qüvvələrin Yardım fonduna vəsait köçürüb

Torpaq Vətəndir, müqəddəs dəyərdir, toxunulmazdır.

Sentyabrın 27-dən etibarən Azərbaycanın ali baş komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixin yeni şanlı səhifələrini yazmağa doğru böyük və cəsur addımlarla irəliləyir. Bu çətin və eyni zamanda qürurverici günlərdə, illərdir tarixi ədalətin bərpa olunacağı günü səbrsizliklə gözləyən Azərbaycan xalqı ölkə başçısı və Milli Ordunun ətrafında bir yumruq tək birləşib. Azərbaycan Ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, hər bir Azərbaycan vətəndaşı indiki məqamda orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir. AMEA Zoologiya İnstitutu da bu mənəvi borcu yerinə yetirmək üçün işğal altında olan əzəli torpaqlarımızın geri qaytarılmasında böyük ürəklə mübarizə aparan şanlı ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna könüllü olaraq 3450 manat vəsait köçürüb.

İnanırıq ki, tezliklə Azərbaycanın şanlı üç rəngli bayrağı illərdir həsrəti ilə yandığımız Qarabağ torpaqlarında dalğalanacaqdır.

Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!