NEWS
1517 Archive

2020.07.10

Zoologiya İnstitutu magistrantının yay imtahan sessiyası başa çatıb

10 iyul 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun magistratura pilləsində "Onurğalılar zoologiyası" ixtisası üzrə təhsil alan I kurs magistrantı Nigar Vəliyevanın  yay imtahan sessiyasında son imtahanı keçirilib. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq onlayn formatda keçirilən imtahanda magistrant  “Zooloji taksonomiya və zoocoğrafiya” fənnindən imtahan verib. O, imtahandan yüksək nəticə əldə edərək “əla” qiymətlə qiymətləndirilib.

Beləliklə, magistrant Nigar Vəliyeva ilk ixtisas imtahan sessiyasını uğurla başa vurub.