NEWS
1559 Archive

2020.07.06

Zoologiya İnstitutu magistrantının növbəti onlayn imtahanı keçirilib

06 iyul 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun magistratura pilləsində "Onurğalılar zoologiyası" ixtisası üzrə təhsil alan I kurs magistrantı Nigar Vəliyevanın yay sessiyasında növbəti imtahanı keçirilib.  “Zoom” platforması üzərindən onlayn keçirilən imtahanda magistrant  “Azərbaycanda onurğalılar faunasının müasir vəziyyəti” fənnindən imtahan verib. Gənc tədqiqatçı imtahandan yüksək nəticə əldə edərək “əla” qiymətlə qiymətləndirilib.