
2020.07.03
Zoologiya İnstitutu magistrantlarının yay imtahan sessiyası uğurla davam edir
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər yüksək yoluxma faktları aşkar edilir ki, yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə sərt karantin rejimi daha da uzadılıb. Mövcud vəziyyətlə əlaqədar olaraq AMEA Zoologiya İnstitutu magistraturasında təhsil alan magistrantların yay imtahan sessiyası onlayn şəkildə davam etdirilir.
Belə ki, 03 iyul 2020-ci il tarixdə Zoologiya İnstitutunun I kurs magistrantı Nigar Vəliyevanın yay imtahan sessiyasında növbəti imtahanı keçirilib. O, “Azərbaycan faunası” fənnindən imtahan verib. Zoom platformasında keçirilən onlayn imtahanda gənc tədqiqatçı yüksək bal toplayaraq “əla” qiymətlə qiymətləndirilib.