NEWS
1771 Archive

2020.04.16

Zoologiya İnstitutu karantin rejimində fəaliyyətini davam etdirir

COVID-19 koronavirus pandemiyasının artmasının qarşısının alınması məqsədilə ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğundan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən AMEA Zoologiya İnstitutunun əməkdaşları öz elmi fəaliyyətlərini onlayn rejimdə davam etdirirlər.

Belə ki, institut əməkdaşları İ.X.Ələkbərov və İ.F.Mənsimova tərəfindən hazırlanan “Seasonal changes of free-living ciliate communities in different biotopes of the Agzibir Lake” adlı məqalə Ukraynanın “The journal of V.N.Karazin University, series Biology”, H.D.Qaibova, N.H. İsgəndərova və T.F.Qurbanova tərəfindən yazılan «Кишечные кокцидии (Eimeriida: Apicomplexa) синантропных животных в урбанизированной экосистеме Азербайджана» adlı məqalə  “Parasitology”, H.D.Qaibova və S.O.Mamedovanın “Кишечная кокцидиофауна (Sporozoa, Apicomplexa) рептилий Азербайджана и ее формирование под воздействием антропогенных факторов” adlı məqaləsi Rusiyanın “Зоологический журнал"ına, N.Y.Sneqovayavə və E.N.Tahirovanın həmmüəllifliyi ilə hazırlanan “A comparative analysis of freshwater testate amoebae species composition of the south-eastern part of Azerbaijan with other regions of the country” məqalə isə “Amurian Zoological Journal” adlı jurnala çapa təqdim edilib.  B.e.d., dosent H.D.Qaibova həmçinin rus dilində yazdığı və çapa hazırladığı «Кокцидии наземных позвоночных Азербайджана» adlı monoqrafiya üzərində çalışır. B.ü.f.d.. dosent Ş.Ə.Quliyevin “Эпизоотологическая оценка рыб водоемов Абшеронского полуострова” adlı məqaləsi “Вестник”  jurnalına (Rusiya) çapa təqdim edilib.

B.ü.f.d., dosent G.A.Hüseynzadə tərəfindən "Пчелиные Апшеронского полуострова" (Х.А.Алиев, Г.А.Гусейнзаде) adlı monoqrafiyanın yazılması, b.ü.f.d. O.X.Aslanov və G.Ə.Əlizadənin həmmüəllifi olduğu “Akarologiyaya giriş” adlı kitabın hazırlanması üzərində işlər davam etdirilir. Eyni zamanda laboratoriya əməkdaşları tərəfindən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın III nəşrinə daxil ediləcək həşəratlar üzrə ədəbiyyat məlumatlarının toplanması və işlənməsi həyata keçirilir.

Zooloji muzeyin əməkdaşları eksponatların və kolleksiyanın elektron jurnalının və eksponatların elektron etiketlərini hazırlayırlar. Həmçinin institut əməkdaşları S.N. Bünyatova, S.Q.Cəfərova və G.H.Qasımova "Reptililərin ekologiyası” dərs vəsaitinin hazırlanması üzərində işləri davam etdirirlər. Parazitologiya laboratoriyasının əməkdaşları Ə.M.Nəsirov, N.E. İbrahimova və F.H. Rzayevin “Pathomorphological changes in the larvae cells of blood-suckıng mosquitoes (Aedes caspius Pallas, 1771) in parasitizing microsporid Amblyospora (=Thelohania) opacita” adlı məqaləsi “Вестник Харковского Национального Университета им. В.Н. Каразина ”jurnalına çapa təqdim olunub. Digər əməkdaşlar R.Ş.İbrahimova və N.M.Rzayev “Helmintozların profilaktikası – heyvandarlığın inkişafı"  kitabı üzərində işləyirlər.

B.e.d. S.M.Quliyev "Cütdırnaqlılar" monoqrafiyası, b.ü.f.d., dosent A.R.Əliyev "Hidrobiologiya" adlı dərs vəsaitinin hazırlanması üzərində işləyirlər.