NEWS
285 Archive

2020.04.15

Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq vebinarlarda iştirak ediblər

Quru onurğasızları laboratoriyasının böyük elmi işçisi b.ü.f.d., dosent İlhamə Kərimova, Protozoologiya laboratoriyasının elmi işçisi Elyanə Tahirova və Hidrobiologiya laboratoriyasının kiçik elmi işçisi Nigar Mehdiyeva "Web of Science" tərəfindən aprel ayı üçün elan olunan vebinarlarda iştirak ediblər. Vebinarlar müxtəlif mövzuları əhatə edir (Koronavirus haqqında nə bilirik: elmi məlumat mənbələri; Web of Science məlumat platforması: məzmun, imkanlar və tətbiq; Publons və ResearcherID; Ədəbiyyatla işləyərkən Endnote imkanları və s.) və iştirakçılara müxtəlif seriyalar üzrə sertifikatlar təqdim edir. Əməkdaşlar artıq müvafiq seriyalar üzrə sertifikatlar əldə ediblər.

 Qeyd edək ki, vebinarlar 9 - 29 aprel tarixlərində rus dilində keçirilir.