NEWS
1920 Archive

2020.04.02

AMEA Zoologiya İnstitutunda onlayn dərslərə başlanılıb

Dünyanın əksər ölkələrində, o cümlədən də ölkəmizdə yayılan və çox sayda insanın ölümünə səbəb olan koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb. Təhsilin fasiləsizliyini təmin etmək və təhsil proqramlarını icra etmək məqsədilə digər təhsil müəsisələrində olduğu kimi AMEA Zoologiya İnstitutunda da Distant Təhsil Sistemi fəaliyyət göstərir. Belə ki, institutda təhsil alan bütün magistrlər onlayn dərslərə başlayıblar.