NEWS
1755 Archive

2020.03.13

Zoologiya İnstitutunda dezinfeksiya işlərinin aparılması davam etdirilir

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı "Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında" sərəncamın icrasını təmin etmək məqsədilə AMEA  Zoologiya İnstitutunda dezinfeksiya işlərinin aparılması prosesi davam etdirilir. Belə ki, 13 mart 2020-ci il tarixində institut otaqları və dəhlizlərində növbəti dəfə dezinfeksiya işləri aparılıb.

İnstitutda həmçinin, sürətlə yayılmaqda olan koronavirusla mübarizə aparmaq, yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə dezinfeksiya məhsulları, qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yardım çantası da təşkil edilib.