NEWS
1635 Archive

2020.02.28

Zoologiya İnstitutunun Dissertasiya şurasının növbəti Elmi seminarı keçirilib

28 fevral 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun Dissertasiya şurasının növbəti Elmi seminarı keçirilib. Seminar üzvlərinin iştirakı ilə keçirilən iclasda  Protozoologiya laboratoriyasının elmi işçisi Elyanə Tahirovanın "Lənkəran təbii vilayətinin şirin su hövzələrinin çanaqlı amöblərinin fauna və ekologiyası" mövzusunda dissertasiya işinin müzakirəsi baş tutub. Gənc tədqiqatçının 2401.01-Zoologiya ixtisasında dissertasiya işi müdafiəyə tövsiyə olunub.