NEWS
1869 Archive

2020.03.04

Zoologiya İnstitutunda “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin hazırlanması ilə bağlı olaraq iclas keçirilib

04 mart 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunda “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin heyvanlar aləmi bölməsinin tərtib olunması ilə bağlı olaraq iclas keçirilib. İclası institutun direktor vəzifəsini icra edən, b.e.d Elşad Əhmədov açaraq sözü institutun Quru Onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərova verib. Elşad Əsgərov ““Qırmızı Kitab” növlərinin statusu ”adlı mövzu ilə çıxış edərək kitaba salınacaq növlərin hansı kriteriyalar əsasında tərtib edilməsinin zəruriliyini qeyd edib. İclasda həmçinin, digər elmi-təşkilati istiqamətlər də müzakirə olunub.

Qeyd edək ki, proses “Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşri üzrə iş proqramı” haqqında AMEA Rəyasət Heyətinin 14 fevral 2020-ci il tarixli qərarına əsasən yerinə yetirilir və proqram 2020-2023-cü illəri əhatə edir.