NEWS
409 Archive

2019.12.27

Zoologiya İnstitutu əməkdaşlarına növbəti dəfə süni göllərdə yetişdirilən yüksək keyfiyyətli balıqlar paylanılıb

AMEA Zoologiya İnstitutu ölkədə ekoloji təmiz məhsulların alınması üçün apardığı eksperimentlər üzrə uğurlu nəticə əldə etməkdə davam edir. Belə ki, institutun Mingəçevir Elmi-Təcrübə Stansiyası ərazisində süni yaradılmış göllərdə  yetişdirilən  500 ədəd qalınalın, ağamur və çəki balıqları institut əməkdaşları arasında paylanılıb.

Hal-hazırda göllərdə həm əmtəə, həm də elmi-tədqiqat işlərinin aparılması məqsədi ilə müxtəlif balıq növlərinin yetişdirilməsi davam edir.