NEWS
2229 Archive

2019.12.26

Zoologiya İnstitutu əməkdaşları tərəfindən ağacəkmə aksiyası davam etdirilib

AMEA Zoologiya institutunun əməkdaşları dahi mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasını davam etdiriblər.  25 dekabr tarixində  institut əməkdaşları tərəfindən Zoologiya İnstitutunun Mingəçevir şəhərində yerləşən Elmi - Təcrübə Stansiyası ərazisində 200 ədəd agac əkilib. Bununla  da ümumilikdə dekabr ayında əkilən ağacların sayı 1856 ədədə çatdırılıb.

İnstitut əməkdaşları həmçinin, Elmi-Təcrübə Stansiyası ərazisində süni yaradılmış göllərdə  yetişdirilən  balıqların yetişdirilmə şəraiti və qaydaları ilə tanış olublar.