NEWS
2086 Archive

2019.12.12

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

12 dekabr 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirin açılışında böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitut direktoru Elman Yusifov tədbiri açaraq görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, ölkə tarixində qoyduğu parlaq və silinməz  izlərdən bəhs edib.

Tədbir çərçivəsində böyük laborant Gülşən Elşən qızı “Heydər Əliyev və Gənclər Siyasəti”  mövzusunda çıxış edərək,  Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin xüsusi yer tutduğunu qeyd edib.

Heydər Əliyevin elmə, savada, biliyə böyük həssaslıqla yanaşdığını xüsusi vurğulayan biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov  “Heydər Əliyev və Elm” mövzusu ilə çıxışa davam edib.

Biologiya üzrə fəlsəfə doktoru Yeganə Mahmudova Ümummilli liderin qadınlarla bağlı siyasətin gücləndirilməsinin dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab etdiyini qeyd edərək “Ümummilli lider Heydər Əliyev və Qadın Siyasəti” mövzusundan bəhs edib.

Dahi, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə problemlərinin ayrı-ayrı sahələri  qarşısında duran problemlərə kompleks şəkildə yanaşmasının bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisinin olduğunu qeyd edərək biologiya üzrə fəlsəfə doktoru Adil Əliyev onun ölkə tarixində mühüm əhəmiyyət kəsb edən siyasətindən danışıb.

Tədbirin sonunda institut direktoru Elman Yusifov ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yer tutduğunu və yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyevin dünyada nadir tarixi şəxsiyyətlər sırasında olduğunu qeyd edib. O, hal-hazırda Ümummilli lider Heydər Əliyevin siyasətinin onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq tədbiri yekun sözlərlə sonlandırıb.