NEWS
1942 Archive

2019.12.10

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiya davam edir

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası davam edir. Belə ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən, AMEA əməkdaşları üçün inşa edilən kooperativ yaşayış kompleksi olan “Alimlər şəhərciyi”(Science City) ərazisində ağacəkmə aksiyasında Zoologiya İnstitutu əməkdaşları da iştirak edərək 306 ağac əkiblər.