NEWS
2126 Archive

2019.12.05

Çelyabinsk Dövlət Universitetinin “Universitetskaya Naberejnaya” qəzetində “Ümumi ənənələr” adlı məqalə dərc edilib

Çelyabinsk Dövlət Universitetinin “Universitetskaya Naberejnaya” qəzetində “Ümumi ənənələr” adlı məqalə dərc edilib. Məqalədə, Çelyabinsk Dövlət Universiteti, “Arkaim” qoruğu və AMEA Zoologiya İnstitutunun birgə əməkdaşlığı haqqında ətraflı məlumat qeyd edilib.

Bildirilib ki, AMEA Zoologiya İnstitutunun direktoru f.ü.f.d. Elman Yusifovun təşəbbüsü ilə Zoologiya İnstutunda keçirilən “Heyvanların tarixi və populyasiya ekologiyasının tədqiqinin müasir metodları“ adlı beynəlxalq elmi seminarda iştirak edən rusiyalı alimlər “Qobustan” və “Arkaim” qoruqlarının fauna və florasının bioloji müxtəlifliyi haqqında ətraflı müzakirələr aparıblar.  Həmçinin, landşaft və biomüxtəlifliyin GİS xəritələrinin yaradılmasına, tunc dövründə mədəniyyətlərarası qarşılıqlı təsirlərin (Abşeron-Uralarxası düzənliklər), paleozooloji və arxeoloji məlumatlar əsasında Holosen dövründə iqlim dəyişilməsinin öyrənilməsi, Xəzər hövzəsi çaylarının tədqiqi məsələlərinə də toxunulub. Görüşdə iki ölkə arasında qarşılıqlı tələbə praktikalarının, ekspedisiyaların, tələbə mübadiləsinin aparılması məsələləri də müzakirə edilib.

Keçirilən beynəlxalq elmi seminarın əsəs nəticəsi kimi - elmi axtarışların inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasında beynəlxalq kompleks laboratoriyanın yaradılacağını misal göstərmək olar.

Qeyd edilib ki, Beynəlxalq qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində Azərbaycan alimləri ilə əməkdaşlığa Rusiyalı alimlər də maraqlıdırlar. Bu elmi araşdırmaların inkişafı ilə yanaşı, millətlərarası münasibətlərin, eləcə də siyasi münasibətlərin inkişafının müsbət istiqamətdə formalaşmasına da öz təsirini göstərəcəkdir.