NEWS
1941 Archive

2019.12.02

Zoologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

AMEA Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının kiçik elmi işçisi Günay Mustafayeva 25-28 noyabr 2019-cu il tarixlərində Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutu və A.M.Nikolski adına herpetoloji cəmiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Rusiya və Həmsərhəd Ölkələrin Gənc Herpetoloqlarının II Beynəlxalq Konfransı”nda iştirak edib. Rusiya Federasiyası Sankt Peterburq şəhərində keçirilən “Müasir herpetologiya: problemlər və onların həlli yolları” mövzusunda olan konfransda əməkdaşımız “Новые данные о распространение Darevskıa daghestanıca (Lacertıdae) в Азербайджане” adlı tezis ilə çıxış edib.