NEWS
1964 Archive

2019.10.18

Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclasi keçirilib

18 oktyabr 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclasi keçirilib . İclası giriş sözü ilə açan institutunun Elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Elşad Əhmədov, institut direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifovun 60 illik yubileyi münasibəti ilə ona kollektiv adından uzun ömür, can sağlığı , gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra  Qadınlar şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Yeganə Mahmudova cari ildə Qadınlar şurasının fəaliyyəti, şura üzvlərinin təşkil və iştirak etdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Növbəti çıxış Gənc alim və mütəxəssislər şurasının sədri, Zooloji muzeyin direktoru, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatovanın olub. O, zoolojı fondun qorunması və inkişafı istiqamətlərindən  danışıb. Səbinə Bünyatovaya həmçinin, Gənc alim və mütəxəssislərin il ərzində göstərdikləri fəaliyyətlər haqqında ətraflı məlumat verib.

Daha sonra Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Vüsalə Nərimanovanın məruzəsi dinlənilib. O, hal-hazırda 1 magistrın, elmlər doktoru hazırlığı üzrə 8 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə isə 6 doktorant və 8 dissertantın təhsil aldığını qeyd edərək, il ərzində magistrlarin attestasiyadan keçməsi, mütəmadi olaraq  doktorant və dissertantlardan hesabatların alınması haqqında danışıb.

İclasda  Beynəlxalq əlaqələr şöbəsinin hesabatı da dinlənilib. İnstitut əməkdaşlarının xarici ölkələrə elmi səfərləri, institut tərəfindən imzalanan xarici əməkdaşlıq müqavilələri, institut tərəfindən qarşılanan xarici qonaqlar, Beynəlxalq Qrant layihələri, keçirilən beynəlxalq elmi seminarlar haqqında ətraflı məlumat verilib.

Sonda  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Şükür Quliyev çıxış edib. O, İnstitut fəaliyyətlərinin sosial şəbəkələrdə işıqlandırılması, institut əməkdaşlarının Kütləvi İnformasiya Vasitələrindəki müsahibə və çıxışları, institutun rəsmi veb-sayt kontentinin idarə olunması və digər məsələlər haqqında məlumat verib.