NEWS
181 Archive

2019.10.11

Zoologiya İnstitutunun əməkdaşları Coğrafiya İnstututunda keçirilən təlimdə iştirak ediblər

AMEA Zoologiya İnstitutunun əməkdaşları - “Paleozoologiya” laboratoriyasının elmi işçisi Nigar Yusifova və “Quru onurğalıları” laboratoriyasının böyük laborantı Leyla Həsənova  09 oktyabr 2019-cu il tarixində   AMEA-nın Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda keçirilən seminar-məşğələdə iştirak ediblər. Təlim “SCAC” layihəsi üzrə  Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit GRID-Cenevrə (United Nations Environment/GRID-Geneva) və Cenevrə Universitetinin Ətraf Mühit İnstitutunun məkan məlumatları infrastrukturu, eləcə də coğrafi informasiya sistemləri üzrə aparıcı mütəxəssisi  Dr. Yaniss Guigoz və Coğrafiya İnstitutunun əməkdaşı Yaşar Nəsibovun iştirakı ilə keçirilib.

Seminar-məşğələ zamanı Dr. Yaniss Guigoz “Məkan məlumatları infrastrukturunun konsepsiyası” və “WebGIS” mövzularında təqdimat ilə çıxış edib. Həmçinin, seminar iştirakçıları ilə birgə PostGIS-də məlumatların saxlanması, onların GeoServer üzərindən nümayişi, veb xidmətlər üzərindən təsviri və yüklənməsi praktik olaraq icra edilib.