NEWS
718 Archive

2019.02.06

Zoologiya İnstitutunun əməkdaşları elmi-praktiki konfransda iştirak ediblər

5 fevral 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunun əməkdaşları “Parazitologiya laboratoriyası”nın elmi işçisi Suman Həsənova və “Tətbiqi Zoologiya Mərkəzi”nin kiçik elmi işçisi Ləman Dadaşova AMEA Mikrobiologiya İnstitutu tərəfindən keçirilən “2 fevral Gənclər günü"nə həsr edilmiş “Biologiyanın aktual problemləri” mövzusunda keçirilən elmi-praktiki konfransında iştirak ediblər. Hər iki əməkdaş sertifikatla təltif olunub.

Konfransda biologiyanın aktual problemlərini özündə daha dolğun əks etdirən məruzələr dinlənilib, ən yaxşı məruzələrin müəlliflərinə fəxri diplom və pul mükafatları təqdim olunub.