NEWS
2914 Archive

2019.02.06

Zoologiya İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib.

5 fevral 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının  Biologiya Problemləri  üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib.

Zooloji seksiyanın sədri İnstitutun elmi işlər üzrə direktor  müavini, b.ü.e.d. Elşad Əhmədov gündəlikdə duran məsələləri seksiya üzvlərinin diqqətinə çatdırıb. Daha sonra fəlsəfə və elmlər doktoru  hazırlığı üzrə dissertantların mövzularının geniş müzakirəsi aparılıb. Belə ki, Zoologiya ixtisası üzrə 2 doktorluq, Entomologiya ixtisası üzrə 1 doktorluq, Parazitologiya ixtisası üzrə 1 doktorluq və 3 fəlsəfə doktoru, Ekologiya ixtisası üzrə 1 fəlsəfə doktoru dissertasiya mövzuları alimlər tərəfindən hərtərəfli müzakirə olunub və mövzularda müvafiq dəyişikliklər edilib.

Sonda dissertantlara elmi-tədqiqat işlərinin planlaşdırılması və digər məsələlərlə bağlı  müvafiq tövsiyələr verilib.